Ukraynada martın 31-də keçiriləcək prezident seçkilərində iştirak edən namizədlərin xərclədikləri vəsaitin miqdarı açıqlanıb.
Yenicag.az unian.net-ə istinadən xəbər verir ki, Ukrayna Seçicilər Komitəsinin məlumatına əsasən, seçkilərə qatılmış 44 namizəd seçki kampaniyasına ümumilikdə 1,273 milyard qriven (46,6 milyon dollar) vəsait sərf ediblər.
Komitədən verilən açıqlamaya görə, namizədlərin bir neçəsi ümumiyyətlə, seçki kampaniyasına 1 qriven də xərcləməyib.
Ukraynada prezident seçkilərinə 3 gün qalmış favorit namizədlərin sırası dəyişməyib. Qələbə uğrunda əsas mübarizə şoumen Vladimir Zelensi, fəaliyyətdə olan prezident Petro Poroşenko və sabiq baş nazir Yuliya Timoşenko arasında gedəcək.
www.yenicag.az