Ukrayna ordusu Luqanskda kollecə dron zərbəsi endirib: 18 nəfər ölüb, 60 yaralı var - YENİLƏNİB

media-hightechnic-468x90

Ukrayna ordusunun Luqanskın Starobilsk şəhərindəki kollecə PUA zərbəsi nəticəsində ölənlərin sayı 18-ə çatıb.

media-banner_tuq

Yenicag.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Ümumilikdə, 60 nəfərin yaralandığı bildirilib. Daha üç nəfərin dağıntılar altında qaldığı ehtimal olunur.

***

Ukrayna ordusunun Luqanskdakı Starobilsk kollecinə PUA hücumu nəticəsində ölənlərin sayı 16-ya çatıb.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Starobelsk şəhərindəki kollec yataqxanasının dağıntıları altından daha dörd nəfərin meyiti çıxarılıb, 42 nəfər yaralanıb.

Dağıntılar altında 5 nəfərin qaldığı bildirilir.

22 may

Ukrayna Silahlı Qüvvələrinin Luqanskdakı Starobilsk kollecinə PUA hücumu nəticəsində dörd nəfər ölüb.

Rusiya KİV-i xəbər verir ki, Luqanskın yerli hakimiyyət orqanları yaralıların sayının 40-a çatdığını açıqlayıb.

***

Ukrayna ordusu Luqanskın Starobelsk şəhərində kollecin yataqxanasına dronla zərbə endirib.

Yenicag.az APA-nın TASS-a istinadla verdiyi xəbərə əsasən bildirir ki, yataqxanın bir korpusu dağılıb.

Dağıntılar altında 18 nəfərin qaldığı bildirilib. Rusiya Fövqəladə Hallar Nazirliyinin xilasediciləri dağıntılar altından bir nəfərin meyitinin çıxarıldığını açıqlayıb.

Dron zərbəsi endirilərkən yataqxanada 14 yaşdan 18 yaşa qədər 86 nəfərin olduğu bildirilib.

 

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05