!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukraynada səfərbərlik yaşı AZALDILIR? – DETALLAR

!Reklam – Yazi

Polşa sərhədçiləri Kremlə yaxın hesablar tərəfindən Ukraynadan yeni qaçqın dalğası ilə bağlı yayılan dezinformasiyanı təkzib ediblər.

Yenicag.az xəbər verir ki, bu barədə PAP xəbər agentliyi məlumat yayıb.

Kremlə yaxın hesabların yaydığı xəbərlərə görə, Ukraynadan yeni qaçqın dalğası Polşa-Ukrayna sərhədini keçmək üzrədir:

“Paylaşanlar Ukraynadan Polşaya gündə 150 min nəfərdən çox insanın gəldiyini iddia edirlər. Bu, adətən olanın ikiqatı daha çoxdur. Sərhəddəki bu hərəkətliliyin ukraynalıların hərbi çağırış yaşının aşağı salınması ilə bağlı narahatlıqları səbəbindən yarandığı bildirilir. Hazırda müharibəyə 25 yaşdan yuxarı kişilər çağırılır və 2025-ci ildə bu yaş həddi 18-ə endirilə bilər. Yayılan propaqanda mesajlarına əsasən, analar bu dəyişikliklərdən qorxaraq, kiçik oğullarını Ukraynadan kütləvi şəkildə çıxarırlar, bu səbəbdən sərhəddə növbələr yaranır”.

Ancaq Polşa Sərhəd Xidmətinin nümayəndələri nə sayları, nə də bu hadisəni təsdiq edirlər. Polşa Sərhəd Xidmətinin Nadbujan Bölməsi sözçüsü kapitan Dariuş Senitski bildirib ki, son bir həftə ərzində sərhədçilər, həqiqətən, Polşa-Ukrayna sərhədində hərəkətliliyin artığını müşahidə ediblər, lakin bu, hər iki istiqamət üzrədir, həm Polşaya daxil olan, həm də Polşadan çıxan şəxslər üçün.

“Daha çox hərəkətlilik ənənəvi olaraq, hər il olduğu kimi, Milad və Yeni il dövrü ilə əlaqədardır”, – deyə Dariuş Senitski vurğulayıb.

Ukrayna sərhədində daha uzun növbələr 20 dekabrdan sonra yaranmağa başlayıb, amma hərəkətlilik hər iki istiqamət üzrə bərabər paylanıb, yalnız Polşadan çıxanların sayı üstün olub. Bundan əlavə, sərhəddə heç bir gün 150 min Ukrayna vətəndaşının Polşaya daxil olmağa çalışması qeydə alınmayıb. 22 dekabrda Polşa-Ukrayna sərhədini keçən Ukrayna vətəndaşlarının ümumi sayı təxminən 89 min olub, amma onların əksəriyyəti – təxminən 49 min nəfər Polşadan çıxıb.

Polşa sərhədində yeni qaçqın dalğası ilə bağlı hekayə, onlara yardım edən qeyri-hökumət təşkilatları tərəfindən də təsdiqlənmir. Əgər anaların, oğulları ilə birlikdə səfərbərlikdən əvvəl Ukraynadan qaçdıqları barədə yayılan məlumat doğru olsaydı, o zaman daha çox insan bu qurumlara hüquqi yardım üçün müraciət edərdi, amma bu, baş verməyib.

Yuliuş Meroshevski Müzakirə Mərkəzinin müavini Lukaş Adamki ukraynalıların kütləvi miqrasiya xəbərini Kremlin propaqandası ilə əlaqəli bir dezinformasiya kimi qiymətləndirib, bunun məqsədinin Polşada anti-ukrayna meyllərini artırmaq olduğunu bildirib.

Daha əvvəl Prezident Volodimir Zelenski qeyd edib ki, səfərbərlik yaşını azaltmağa heç bir ehtiyac görmür, çünki əsas problem silah çatışmazlığı və yeni briqadaların hazırlanmasının yavaş tempdə olmasıdır. Son həftələrdə ABŞ-dən Ukraynaya səfərbərlik yaşını 18-ə endirməyi təklif edən həm ictimai, həm də gizli çağırışlar gəlir, bunun səbəbi isə cəbhədə şəxsi heyətin çatışmazlığı ilə bağlı böhran vəziyyətinin yaranmasıdır və məhz buna görə Rusiya şərqdə irəliləməkdə uğur qazanır. Mətbuatın məlumatına görə, səfərbərlik yaşının sayı ilə bağlı mübahisələr Ukrayna və ABŞ prezidentləri arasında gərginliyə səbəb olub.

www.yenicag.az

95
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv