!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukraynadakı vəziyyətlə bağlı beynəlxalq konfrans: Hansı qərarlar veriləcək? – DETALLAR

!Reklam – Yazi

“Ukraynanın hərbi cəhətdən dəstəklənməsi yönündə yeni dövr başlayacaq”.

Bunu Yenicag.az-a açıqlamasında İsveçrədə keçiriləcəyi gözlənilən Ukrayna üzrə konfransın verəcəyi nəticələrdən danışan politoloq Aydın Quliyev deyib.

Onun sözlərinə görə, bu konfransda konkret qərarlar qəbul olunmasa da, Ukraynaya beynəlxalq dəstək istiqamətində kardinal dəyişikliklərin müşahidə olunması gözlənilir.

“İstər Avropa Birliyi, istərsə də NATO sistemində indiyə qədər Ukraynaya bəzi istiqamətlərdə dəstəyin verilməsində tərəddüd görürdük. Misal üçün beynəlxalq maliyyə qurumlarında Rusiyanın müsadirə olunan aktivlərinin Ukraynaya xərclənməsi, Kiyevə ən müasir hava hücumundan müdafiə sistemlərinin verilməsi, eyni zamanda Qərb silahları ilə Rusiyanın vurulmasına icazə verilməsi və s. kimi proseslərdə hələ də fikir ayrılıqları var.

Son zamanlar Rusiya hədəflərinin vurulması üçün Qərbin Ukraynaya icazə verməsi fonunda İsveçrə konfransının keçirilməsi həqiqətən də Kiyevin dəstəklənəcəyi istiqamətdə kardinal dəyişikliklərin olacağını deməyə əsas verir. Bəlkə də Ukraynanın hərbi cəhətdən dəstəklənməsi yönündə yeni dövr başlayacaq, – deyə politoloq bildirib.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

231
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv