Ukraynalı tələbə Moskvada öldürüldü-Video

media-hightechnic-468x90

83097Moskvada ukraynalı tələbə bıçaqlanaraq öldürülüb.

Yenicag.az xəbər verir ki, 21 yaşlı Sergey Kostyuçenko Bauman adına Moskva dövlət texniki universitetinin tələbəsi olub.

Ukraynalı gənc yataqxananın qarşısında durmuş sərxoş qıza kömək edərkən bıçaqlanıb. Sergeyin bıçaqlanma anı yataxananın müşahidə kameralarına düşüb.

Yataqxananın təhlükəsizlik xidmətində olan mənbələrin sözlərinə görə, Sergey küçəyə çıxıb və görüb ki, binanın yanında sərxoş qız yıxılıb.

Ukrayna vətəndaşı şüurunu itirməkdə olan qıza kömək edib. Sergey qıza kömək edən zaman onu arxadan naməlum şəxs vuraraq qaçıb.

Boynundan və qarın nahiyəsindən aldığı bıçaq zərbələrindən gənc ölüb. Qatil hadisə yerindən qaçaraq gizlənib.

Həlak olan Ukraynanın Çerkass şəhər sakini bir müddət əvvəl Moskvaya oxumağa gəlib.

Faktla bağlı araşdırma aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600