Ukraynanın Aİ üzvlüyünə qəbul üçün niyə dəqiq tarix göstərilmir?
Avropa İttifaqı (Aİ) Ukraynanın üzvlüyə qəbulu üçün dəqiq tarix göstərə bilmir.
Yenicag.az xəbər verir ki, bu barədə Aİ Şurasının rəhbəri Antonio Koşta Kiprdə keçirilən Aİ-nin qeyri-rəsmi sammitinin yekunlarına dair mətbuat konfransında bildirib.
O qeyd edib ki, bu, meyarlar və xidmətlər üzərində qurulmuş çox uzun bir prosesdir, lakin Brüssel onun parlaq gələcəyinə inanır.
“Biz tarix deyə bilmirik, çünki bu, xidmətlərə və meyarlara əsaslanan mürəkkəb bir prosesdir. Lakin Ukrayna tərəqqi əldə edir və biz onun parlaq gələcəyinə inanırıq”, – Koşta deyib.













