!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ukraynanın əks-hücum əməliyyatları bu müddətə qədər davam edəcək”- HƏRBİ EKSPERT

!Reklam – Yazi

“Ukrayna Silahlı Qüvvələrinin başlatdığı əks-hücum əməliyyatlarının beşinci günüdür və ortada heç bir nəticə yoxdur”.

Yenicag.az xəbər verir ki, bunu hərbi ekspert Vladislav Şurıgin öz teleqram kanalında Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunu təhlil edərkən qeyd edib.

O, bildirib ki, Kiyev əks-hücum əməliyyatları ilə artıq mövcud ehtiyatlarının üçdəbirini istifadə edib:

“Hazırda bütün istiqamətlərdə ən ağır döyüşlərin getməsinə baxmayaraq Ukrayna heç bir uğur əldə etməyib. Ukrayna komandanlığı gecə hücumlarına arxalanır. Rusiya Silahlı Qüvvələrinin müdafiəsinin birinci eşalonunun ən azı taktiki zonasını yarmağı planlamışdılar. Lakin ümidləri boşa çıxdı.

Məxfi mənbələrə istinad edərək deyə bilərəm ki, dörd gün davam edən döyüşlərdə Ukrayna üç yüzdən çox bölmə, tank və zirehli texnika, ən azı əlli sursat və özüyeriyən hərbi texnika, üç min yarıma qədər isə əsgər itirib. Faktiki olaraq isə bir briqadasını itirib. Və nəticə yoxdur. Mövcud ehtiyatlarla Ukraynanın əks-hücum əməliyyatları yalnız bir həftə davam edə bilər. Daha artığına Ukraynanın hərbi ethiyatları kifayət etməyəcək”.

Nəsimi Ələsgərli
COP29

www.yenicag.az

345
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv