!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukraynanın NATO-ya üzvlük məsələsi qapana bilər – Bu, baş verərsə...

!Reklam – Yazi

“Əgər demokratlar hakimiyyətdə qalarsa, Rusiyanın aqibəti indikindən də pis olacaq”.

Bunu Yenicag.az-a açıqlamasında ABŞ-də keçiriləcək prezident seçkiləri fonunda Rusiya-Ukrayna müharibəsinin perspektivlərindən danışan politoloq Natiq Miri deyib.

Onun sözlərinə görə, demokratlar və ya respublikaçılar arasında mübarizənin qalibi Avropadakı proseslər üçün fərqli perspektivlər vəd edir.
“Yəni müharibənin taleyinin necə olacağı tamamilə seçkinin nəticələrinə bağlıdır. Əgər demokratlar hakimiyyətdə qalarsa, Rusiyanın aqibəti indikindən də pis olacaq. Ukraynaya uzaqmənzilli raketlərdən istifadəyə icazə verilməsi onun dərinliklərinə zərbə endirmək üçün imkan yaradır. Nəticə etibarilə bu, Moskva üçün heç də yaxşı gələcək vəd etmir. Bir sözlə iqtisadiyyat və hərbi sahə elə vəziyyətə qalacaq ki, Ukraynanın diqtə etdiyi şərtlər daxilində sülh müqaviləsinə razı olacaq”, – deyə o əlavə edib.
O qeyd edib ki, Respublikaçıların qalibiyyəti isə Rusiyanın maraqlarına uyğundur.

“Çünki Tramp hakimiyyətə gələrsə, Ukraynaya yardımlar dərhal dayandırılacaq və müharibə bitəcək. Eyni zamanda, bu, baş verərsə Ukraynanın NATO-ya üzvlük məsələsi də bir daha açılmayacaq”, – deyə politoloq bildirib.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

183
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv