!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukraynaya qarşı kəskin fərqli siyasət – Zelenski hansı variantlara əl atır?

!Reklam – Yazi

“Ukraynalılar Baydenin seçkilərdən sonra Ukraynadakı prosesləri qaydasına salmaq üçün nəsə edəcəyinə ümid edirlər”.

Yenicag.az xəbər verir ki, bunu Rusiya-Ukrayna müharibəsini təhlil edən “New-York Times” nəşri dərc etdiyi məqalədə yazıb.

Nəşr qeyd edib ki, Ukrayna prezidenti Vladimir Zelenski həftələrdir Qərb liderlərini Rusiya ilə müharibəyə son qoyacağını iddia etdiyi qondarma qələbə planını dəstəkləməyə sövq edir.

“Heç bir ölkə Ukraynanın Qərbin uzaqmənzilli raketləri ilə Rusiyanın dərinliklərindəki hərbi hədəflərə atəş açmasına razı olmayıb. Müharibə davam edərkən heç bir böyük dövlət də Ukraynanın NATO-ya dəvət edilməsini açıq şəkildə təsdiqləməyib. Hazırda Zelenski ukraynalılara əlindən gələni etdiyini göstərməyə çalışır.

Qərbin dəstəyinin azalması, ABŞ-də keçiriləcək seçkilər, Ukraynaya qarşı kəskin fərqli siyasət Ukrayna prezidentini başqa variantlara əl atmağa vadar edir. Lakin ABŞ rəsmiləri qəti şəkildə onun qələbə planını qeyri-real hesab edirlər. Eyni zamanda bildirirlər ki, Zelenski öz planını həyata keçirməyə davam etdikcə, müharibə hər iki tərəfə böyük ziyan vurur.

Hazırda Rusiya şərqdə irəliləyir. 2022-ci ilin fevralında rusların işğalından sonra bir çoxu hərbi xidmətə çağırılan Ukrayna əsgərləri artıq tükənib. Lakin Rusiya irəliyə doğru amansızcasına irəliləyir. Hər iki tərəfin danışıqlara hazır olmadığı barədə isə bəyanatlar səsləndirilir. Ukraynalılar isə Baydenin seçkilərdən sonra Ukraynadakı prosesləri qaydasına salmaq üçün nəsə edəcəyinə ümid edirlər”, – deyə məqalədə yazılıb.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

174
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv