!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukraynaya silah satma İDDİASI: "Azərbaycanın qəti mövqeyi ondan ibarətdir ki..." - MÖVQE

!Reklam – Yazi

“Azərbaycanın qəti mövqeyi ondan ibarətdir ki, münaqişə davam etdikcə nə Rusiyaya, nə də Ukraynaya hərbi texniki avadanlıq satacaq”.

Bunu Azərbaycanda 2022-ci ildə hazırlanmış “40M11 HE-frag” 120 mm-lik minaatan mərmilərinin Ukraynaya satılması barədə informasiyaya münasibət bildirən ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a açıqlamasında deyib.

Elxan Şıxəliyevin sözlərinə görə, bu informasiya Rusiya ilə Azərbaycan arasında gərginliyin yaranmasını istəyənlər tərəfindən yayılıb:

“Şəkillər paylaşılıb. Şəkillərin biri Azərbaycandakı sərgidən, biri isə sahədəndir. “Ukraine Weapons Tracker” “Twitter” hesabında yazılıb ki, Azərbaycan bunu elan etmirdi, ancaq fakt var. Həmin fotoda isə Azərbaycan tərəfindən istehsal olunması barədə mərmilərin üzərində heç bir yazı yoxdur. Paylaşımı edən hesab da mənbə göstərmir. İstənilən yerdən o şəkili əldə edib ittiham etmək olar.

Hesab edirəm ki, bu, Rusiya ilə siyasət üzərindən Azərbaycana qarşı informasiya müharibəsinin bir hissəsidir. Həmin “Twitter” hesabı Ukrayna dövlət qurumlarının deyil. Çox güman ki, o hesab heç Ukraynadan da idarə olunmur. Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu həmin məlumatı tərcümə edərək öz “Facebook” səhifəsində paylaşıb. Hesab edirəm ki, rusiyalı jurnalistlər və media qurumları partiya sədrinin bu paylaşımını götürəcəklər və informasiya savaşında Azərbaycana qarşı istifadə edəcəklər. Azərbaycanın Ukraynaya mərmi satması ilə bağlı heç bir sübut yoxdur.

Ukrayna ərazisində olan hansısa mərmilər başqa ölkələr tərəfindən də satıla bilər. Azərbaycanın qəti mövqeyi ondan ibarətdir ki, münaqişə davam etdikcə nə Rusiyaya, nə də Ukraynaya hərbi texnki avadanlıq satacaq. Mülki, humanitar yardımlar edilir. Bu da normal bir haldır.

Öz vətəndaşlarımız tərəfindən Azərbaycanın ittiham edilməsi qəbuledilməz haldır. Təsdiqini tapmayan məlumatların yayılması Azərbaycanı digər tərəflərlə üz-üzə gətirmək cəhdidir”.

Səxavət Məmməd

www.yenicag.az

369
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv