!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ülvi Quliyev yenidən namizədliyini irəli sürdü

!Reklam – Yazi

Milli Məclisin deputatı, Gənclər və idman komitəsinin sədri, Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidenti Ülvi Quliyev 15 saylı Yasamal 1-ci seçki dairəsindən yenidən deputatlığa namizədliyini irəli sürüb.

Yenicag.az xəbər verir ki, Ülvi Quliyev 2015-ci ildə 15 saylı Yasamal 1-ci seçki dairəsindən seçicilərin böyük əksəriyyətinin etimadını qazanaraq deputat seçilib.

Qeyd edək ki, Ülvi Quiyev 17 sentyabr 1966-cı ildə Bakı şəhərində, professor Zahid Quliyevin ailəsində anadan olub. Karate idman növü üzrə VIII Dan qara kəmər sahibidir. 2005-ci ildə 21 saylı Nəsimi 1-ci seçki dairəsindən, 2010-cu ildə 17 saylı Yasamal 3-cü seçki dairəsindən, 2015-cu ildə 15 saylı Yasamal 1-ci seçki dairəsindən (V çağırış) deputat seçilib. Azərbaycan-Meksika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Almaniya Federativ Respublikası, Belçika, Böyük Britaniya, Çexiya, Koreya, Peru, Rusiya və Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür./Unikal/

Ailəlidir 2 övladı var.

www.yenicag.az

1330
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv