UNICEF Qəzzadakı humanitar böhranla bağlı ciddi xəbərdarlıq etdi

media-hightechnic-468x90

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) Qəzza zolağında davam edən humanitar fəlakətlə bağlı beynəlxalq ictimaiyyətə ciddi xəbərdarlıq ünvanlayıb.

Yenicag.az xəbər verir ki, bu barədə məlumatı UNICEF-in sözçüsü Ceyms Elder BMT-nin Cenevrə ofisində keçirilən həftəlik mətbuat konfransında onlayn çıxışı zamanı bildirib.

Elderin sözlərinə görə, Qəzza hazırda İsrailin hücumları səbəbilə tarixinin ən ölümcül dövrlərindən birini yaşayır. O qeyd edib ki, bölgədə içməli su təmin edən obyektlərin cəmi 40 faizi – yəni 217 müəssisədən yalnız 87-si fəaliyyət göstərir. Elder əlavə edib ki, əgər yanacaq təchizatı tamamilə dayandırılarsa, bu obyektlərin fəaliyyəti də bir neçə həftə ərzində tamamilə dayanacaq. Bu isə bölgədə xüsusilə uşaqlar üçün həyati təhlükə yaradacaq – susuzluq səbəbindən ölüm riski kəskin şəkildə artacaq.

UNICEF sözçüsü eyni zamanda yanacağın xəstəxanaların fəaliyyəti üçün də həyati əhəmiyyət kəsb etdiyini vurğulayıb. Onun sözlərinə görə, yanacaq çatışmazlığı oksigen istehsalını və həyati dəstək sistemlərini sıradan çıxara bilər.

Ceyms Elder beynəlxalq ictimaiyyəti bölgədə vəziyyətin daha da ağırlaşmasının qarşısını almaq üçün təcili və effektiv tədbirlər görməyə çağırıb.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 20.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600