Universitet müəllimi öldürüldü

media-hightechnic-468x90

images (45)Tiflisdə fəaliyyət göstərən İlya Universitetinin lektoru öldürülüb.

Qətl səbəbindən tədris dayandırılıb, hadisə yerinə patrul polisi və təcili yardım maşını gəlib.

Hadisə şahidlərinin  verdiyi məlumata görə, universitetdə məruzə oxuyan ingilis dili müəllimi Maka Tsivsivadzeni keçmiş əri, 33 yaşlı Karen Tsivsivadze silahdan 3 dəfə atəş açaraq öldürüb, sonra bıçaqla qadının boğazını kəsib və özünü də öldürüb. İlkin versiya kimi K.Tsivsivadzenin arvadının başqa kişi ilə evlənməsinə dözə bilməyərək cinayət törətdiyi bildirilir. O, qətl törətməmişdən əvvəl telefonla arvadına mesaj yazıb. Hadisə auditoriyada tələbələrin gözü qarşısında baş verib.

Faktla bağlı cinayət işi qaldırılıb. Araşdırma aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600