!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Unutduğumuz qonşular: Şimali Qafqazla əlaqələrə yenidən baxılmalı!

!Reklam – Yazi

ttrh

Güclü dövlətlər həmişə qonşuluqlarındakı ölkələrlə təkcə dövlət səviyyəsində deyil, eləcə də qeyri – dövlət səviyyətində: siyasi, ictimai, mədəni, idman və başqa sahələrdə sıx təmaslar qururlar. Böyük dövlətlər üçün maraq dairələrində olan ölkələrə ayrı – ayrı cəbhələrdən ekspansiya olduqca vacibdir.  SSR – nin süqutundan sonra Rusiya onilliklər ərzində keçmiş Sovet respublikalarına nəzarət etmək üçün müxtəlif kanallardan istifadə etmişdir. Bu kanallardan biri də, qeyri – dövlət təşkilatları vasitəsi ilə müxtəlif tədbirlərin keçirilməsidir. Rusiyanın hakim dairələrində dəstəklənən müxtəlif təşkilatların MBD məkanı çərçivəsində keçirdikləri tədbirlər son zamanlar intensiv xarakter almışdır.

Qeyd edim ki, belə platformalar Azərbaycan üçün də çox vacibdir. Azərbaycanımızın haqq səsinin eşitdirilməsi  üçün,  biz, belə platformalardan mümkün qədər çox istifadə etməliyik. Tez – tez politoloq kimi belə tədbirlərdə iştirak edən şəxs kimi etiraf etməliyəm ki, bugün Rusiya ictimai – siyasi təşkilatlarında ermənilərin nüfuzu bizlərdən dəfələrlə çoxdur. Rusiyada təhsil aldığım vaxtlarda ermənilərin  var gücləri ilə fəal azərbaycanlıların sıradan çıxarılması ilə məşqul olduqlarının da şahidi olurdum. Görünən odur kı, onlar ya özləri birbaşa, ya da onların maraqları üçün çalışan tanınmış şəxslər vasitəsi ilə bizə qarşı çox aktiv kampaniya aparırlar. Bu kampaniyalar müxtəlif istiqamətlərdə aparıdır. Bura Rusiya KİV-lərinin ələ alınması, ayrı – ayrı tanınmış rus siyasi ekspert və ictimai xadimlərin, jurnalistlərin, politoloqların və elmi işçilərin də maddi vasitələrlə onların lehinə işləməsi daxildir. Təəssüflər olsun kı, Rusiyada yaşayan  azərbaycanlı iş adamları, Rusiyadakı Azərbaycan diasporası Rusiya media məkanında, elmi, ictimai – siyasi dairələrində bizim maraqlarımızın qorunması istiqamətində demək olar kı, heç bir iş görmürlər. Ümumiyyətlə Rusiyadakı ayrı – ayrı azərbaycan diaspora təşkilatları və liderlərinin fəaliyyəti sıfır səviyyəsindədir.

Keçən həftə Rusiya XİN  tərəfindən dəstəklənən təşkilatlardan birinin keçirdiyi “Qafqaz dialoqu 2016” adlı tədbiri də sıradan bir tədbir deyildi. Çeçenistan hökumətinin dəstəyi ilə Qroznıda keçirilən tədbirdə Rusiya, Azərbaycan, Ermənistan, Gürcüstan, Abxaziya, Cənubi Osetiyadan politoloqlar, jurnalistlər, elmi işçilər, ictimai – siyasi təşkilatların nümayəndələri iştirak edirdilər.  Siyasi ekspert Serqey Markedonov, Rusiya Elmlər Akademiyasından Aleksey Qunya, Qafqaz problemləri və regional təhlükəsizlik mərkəzindən Nikolay Silayev, MQİMO- nun Qafqaz və regional təhlükəsizlik mərkəzindən Axmet Yarlıkapov, Rusiya Strateji Arasdırmalar Mərkəzindən Konstantin Tasiç və çeçen hökumət nümayəndələrinin iştirakı forumun yüksək statusundan xəbər verirdi.

Bütün tədbirlərdə olduğu kimi, bu tədbirdə də, ermənilər auditoriyaya yalan məlumatlar verməklə məşqul idilər. Hətta, ermənilər tərəfindən bu kimi tədbirlərə Dağlıq Qarabağdan nümayəndələrin də gəlməsini tələb etmələri həyasızlığın pik nöqtəsi idi. Ermənilər tərəfindən səsləndirilən, sonra isə bəzi rus və osetin  nümayəndələri tərəfindən dəstəklənən bu fikirlər bizim tərəfimizdən qətiyyətlə pislənildi.  Belə fikirlərin münaqişənin nizamlanmasına xələl gətirəcəyini, onun daha da alovlandıracağını bildirərək, Dağlıq Qarabağ adlı seperatçı rejimin bugün heç kim tərəfindən tanınmadığını forum iştirakçılarının diqqətinə çatdırdım.

Ümumiyyətlə, forumboyu çeçen xalqının azərbaycanlılara necə dost və qardaşcasına münasibət bəslədiklərinin şahidi olduq. Fikrimcə, Azərbaycan Şimalı Qafqaz respublikalarında öz nüfuzunu daha da gücləndirməlidir. Ermənistan və Azərbaycan arasında müharibə başlayarsa bu Şimali Qafqazda siyasi proseslərin fəallaşmasına gətirib çıxaracaq. Bizim vəzifəmiz orada Moskvanın  hansı diqtəni edib – etməyəcəyindən asılı olmayaraq oradakı hakim dairələr  ilə münasibətlərin daha da isinməsi olmalıdır. Əsasən də, Çeçenistan və Dağıstan hakim dairələri, ictimai təşkilatları ilə daha intensiv işlər aparmalıyıq.

Zaur Məmmədov

P.S. Qeyd edək ki, Azərbaycan nümayəndə heyətinin tərkibinə millət vəkili Rasim Musabəyov, Ümumrusiya Azərbaycanlıları Konqresinin Moskva üzrə icraçı direktoru Şamil Tağıyev, politoloq Zaur Məmmədov daxil idilər.

 

COP29

www.yenicag.az

889
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv