Uran satmaq istəyənləri polis YAXALADI

media-hightechnic-468x90

Batumidə uranın qanunsuz alqı-satqısı ilə məşğul olan iki nəfər saxlanılıb.

Yenicag.az “Sputnik Georgia”ya xəbər verir ki, Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Antiterror Mərkəzinin rəhbəri Baça Mqeladze Batumidə keçirilən xüsusi əməliyyatla bağlı məlumat yayıb.

Onun sözlərinə görə, Gürcüstan vətəndaşı və bir xarici ölkə vətəndaşı uranın qanunsuz alqı-satqısı ittihamı ilə saxlanılıb. Onlar 3 milyon dollar dəyərində radioaktiv uranı satmağa cəhd göstəriblər.

Mqeladzenin bildirdiyinə görə, ələ keçirilmiş nüvə materialı müxtəlif partlayıcı qurğuların hazırlanması və terror aktları törətmək üçün istifadə edilə bilərdi.

Hadisə ilə bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 230-cu maddəsi üzrə aparılır. Maddəyə əsasən, belə əməllər 5 ildən 10 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600