!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Urmiya gölünü qəsdən məhv edən İran rejiminin ekologiyadan danışmağa haqqı yoxdur” - DAK rəsmisi

!Reklam – Yazi

“İran rəsmilərinin bu kimi etirazların arxasında dayanan tək bir səbəb türk düşmənçiliyidir”.

Bu fikirləri İran xarici işlər naziri Hüseyn Əmir Abdullahianın Araz çayı üzərində bənd tikintisini planlaşdıran Türkiyəyə yönəlik etirazına münasibət bildirən Dünya Azərbaycanlıları Konqresi (DAK) İdarə Heyətinin üzvü Babək Muğanlı Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, iranlı nazirin Türkiyəyə təpkisi qətiyyən Tehranın ekoloji məsələlərə həssaslığı ilə bağlı deyil:

“İranın Araz çayı üzərində su bəndinin inşasını nəzərdə tutan Türkiyəyə etiraz etməsi çox absurd hərəkətdir. Bildiyiniz kimi, sərhədlərdə yerləşən su mənbələrindən istifadə ilə bağlı beynəlxalq normalar var və Türkiyənin bu layihə ilə həmin qaydaları pozduğunu düşünmürəm.

Digər tərəfdən, İran rəsmilərinin özlərini ekosistemə həssas göstərmək niyyətləri də riyakarlıqdan başqa bir şey deyil. Çünki ortada məhv edilmiş Urmiya gölü kimi acınacaqlı nümunə var. İran hakimiyyəti Urmiya gölünə axan çaylarda otuzdan çox su bəndi tiknəklə onun məhvinə zəmin yaratdı. İndi isə Türkiyəyə etiraz edib özünü ekologiyanın təəssübkeşi qismində göstərir.

Həm də tək Urmiya gölü deyil, İranda onlarla belə örnək var. Hökumətdəkilər su hövzələrinin məhv olmasının qarşısını almaq əvəzinə, bu məqsədlər üçün ayrılan milyardlarla vəsaiti talan etməklə məşğuldurlar. Onları nə əhalinin su ilə təminatı maraqlandırır, nə də ekosistemin mühafizəsi.

Ona görə də əminliklə deyə bilərik ki, Abdullahianın Türkiyəyə yönəlik bu etirazı türk düşmənçiliyindən irəli gəlir. Bunun başqa bir səbəbi yoxdur. Amma bu etirazla dünya çapında təsir imkanları xeyli artan Türkiyəni öz planlarından çəkindirmək mümkün deyil”.

A.Zeynalov

www.yenicag.az

605
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv