Üzgüçülərimiz beynəlxalq turnirdə beşinci medallarını qazandılar

media-hightechnic-468x90

Azərbaycan üzgüçüləri Çexiyanın Ostrava şəhərində keçirilən beynəlxalq turnirdə qazandıqları medalların sayını 5-ə çatdırıb.

media-banner_tuq

Federasiyanın Mətbuat Xidmətindən Yenicag.az-a verilən məlumata görə, yarışın üçüncü günündə Ramil Vəlizadə 100 metr məsafəyə batterflay üsulu ilə üzmədə bürünc medal qazanıb. O, məsafəni 54,52 saniyəyə qət edib.

Məryəm Şeyxəlizadəxangah həmin növdə finişə 1 dəqiqə 2,25 saniyəyə çatmaqla üçüncü olub.

Qeyd edək ki, Vəlizadə daha əvvəl 200 metr məsafəyə batterflay üsulu ilə üzmədə gümüş, Şeyxəlizadəxangah isə 50 mert məsafəyə sərbəst və batterflay üsulu ilə mübarizədə bürünc medallara sahib çıxıb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05