Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Vahid Mustafayev Mirşahinin ona yolladığı görüntüləri yaydı — VİDEO

xvahidmust-jpg-pagespeed-ic-crubj4cb3lANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev müavini Mirşahin Ağayevin səhhətində yaranmış problemin mətbuatda işıqlandırılmasından narazı qalıb

Ölkə.Az-ın məlumatına görə, Mustafayev bu barədə sosial şəbəkədəki səhifəsində yazıb:

“Bu gün Azərbaycan mediasında gecikmiş bir xəbərə rast gəldim. Qardaşım və silahdaşım Mir Şahinin ölkəni tərk etməsi nəyə görəsə 5 gündən sonra gündəmə gətirilir. Mətbuatın ona göstərdiyi diqqətə görə təşəkkürümü bildirirəm. Amma eyni zamanda Mir Şahinin ətrafında bu qədər ajiotaj yaranmasına da təəccüblənirəm. ANS bağlananda belə hay-küy olmamışdi. Nə olub ki? Nə fövqəladə hadisə baş verib ki? Müayinə və əməliyyat səbəbiylə Turkiyəyə, qardaş ölkəyə gedib, heç bir təhlükə-filan yoxdur, əməliyyatı uğurlu olub, bərpa prosesindədir. Bütün söz-söhbətlərə son qoymaq üçün mənə yolladığı şəxsi video ismarışı paylaşıram”.

Xatırladaq ki, Mirşahin Ağayev səhhətində yaranmış problemlərə görə bir neçə gün öncə Türkiyəyə yollanıb.

www.yenicag.az

446
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100