!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Vaksinin "Delta" ştammından qoruyuculuq DƏRƏCƏSİ: "Dünya ölkələrində vəziyyət fərqlidir" - RƏY

!Reklam – Yazi

“Vaksin vurduran şəxslərin “Delta” ştammına yoluxması müşahidə olunmayıb”.

Bunu Azərbaycanda da “Delta ştammı”nın yayılma ehtimalının yüksək olub-olmamasına münasibət bildirən infeksion xəstəliklər və klinik mikrobiologiya üzrə mütəxəssis Nazxanım Qasımova Yenicag.az-a açıqlamasında deyib.

İnfeksionistin sözlərinə görə, koronavirusla mübarizə çərçivəsində atılan addımları nəzərə alsaq, ölkəmizdə “Delta” ştammının yayılması gözlənilən deyil. Lakin bütün hallarda hər şeyi zaman göstərəcək:

“Artıq ölkəmizi əhatə edən qonşu dövlətlərdə də “Delta” ştammı müşahidə olunub. Dünyada “Delta” ştammı ilə yanaşı, başqa ştammlar da mövcuddur. Sadəcə sözügedən ştammın yoluxuculuğu daha sürətllidir və gedişatı ağır olur. Bu ştamm daha çox vaksinasiya prosesi olmayan ölkələrdə yayılıb. Yəni, bu ştamm vaksin olmayan şəxslərdə daha sıx rast gəlinir. Vaksin olunanlar arasında “Delta” ştammı müşahidə olunmayıb. Bütün hallarda vaksin qeyd olunan ştamma qarşı qoruyucu təsirə malikdir. Lakin qoruyuculuğun hansı səviyyədə olmasını zaman göstərəcək.

Pandemiyanın ilkin dövrlərində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qərarlarına bütün dünya ölkələri eyni cür yanaşırdı. Lakin zamanla dünya ölkələri koronavirusla mübarizədə fərqli yanaşmalar göstərdilər. Ona görə də hazırda dünya ölkələrində vəziyyət fərqlidir. Hazırda ölkəmizdə vəziyyət kifayət qədər stabildir. Çünki vaksinasiya prosesinə başlayan ilk ölkələrdən biri Azərbaycan olub. Demək olar ki, artıq 4 milyon nəfərdən çox vətəndaşımız vaksin olunub və ümumi imumitet formalaşıb. “Delta” ştammından qorunmaq üçün vaksin vurdurmaq və gigiyenik qaydalara əməl etmək vacibdir “.

Gülşən Şərif

www.yenicag.az

639
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv