Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Valideynlərin nəzərinə: Məktəbəhazırlıq qruplarına qəbul başlayır

Avqustun 10-dan 2021-2022-ci tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına uşaqların qəbuluna start verilir.

Təhsil Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılır.

Məktəbəhazırlıq qruplarına uşaqların qəbulu üçün valideynlərin (digər qanuni nümayəndələrin) ərizələrinin onlayn qeydiyyatına avqustun 10-u saat 11:00-da, məktəb seçimi prosesinə isə avqustun 12-si saat 11:00-da başlanılacaq.

Qeyd edək ki, dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına uşaqların qəbulu ilə bağlı elektron qeydiyyat prosesi 14 sentyabr 2021-ci il saat 18:00-da başa çatacaq.

www.yenicag.az

188
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100