“Vaqner” özəl hərbi şirkətinin döyüşçüləri Rusiya ordusu üçün 100 minlik reyncer hazırlayacaq.
Yenicag.az xəbər verir ki, bu barədə “İnsayder-T” kanalı məlumat yayıb.
Kanala danışan mənbənin sözlərinə görə, hazırlıq proqramı strateji xarakter daşıyır və rus ordusunun döyüş potensialının möhkəmləndirilməsinə yönəlib:
“Döyüşçülərin hazırlığı “Vaqner”in ixtisaslaşdırılmış mərkəzlərində dünyanın müxtəlif qaynar nöqtələrində iştirak etmiş təcrübəli təlimatçıların rəhbərliyi altında keçiriləcək. Təlim proqramına fiziki hazırlıq, müxtəlif şəraitdə taktiki döyüş texnikasına yiyələnmə, eləcə də müasir silah və texnika ilə işləmək üzrə təlimlərin daxil edilməsi nəzərdə tutulur”.
www.yenicag.az