Rusiyanın “Vaqner” özəl hərbi şirkəti Suriyadakı mövqelərini tərk edir. İran bundan istifadə edərək regiona nəzarətini genişləndirə bilər.
Yenicag.az xəbər verir ki, bu barədə Amerika Müharibənin Tədqiqi İnstitutunun (ISW) hesabatında deyilir.
Ekspertlər qeyd edirlər ki, avqustun 27-də Rusiya Federasiyasının Müdafiə Nazirliyi “Vaqner”ə Suriyanı tərk edərək Rusiya silahlı qüvvələrinə qayıtmaq və ya ona qoşulmaq əmri verib. Hazırda Suriyada 1500-dən çox “Vaqner” muzdlusu, həmçinin özəl hərbi şirkətin himayəsi altında 3000-ə yaxın yerli suriyalı döyüşçü fəaliyyət göstərir. Bəzi rusiyalı hərbi blogerlər muzdluların Rusiya Müdafiə Nazirliyinə qayıtmaqdansa, öz aktivlərini İrana ötürməsinin daha sərfəli ola biləcəyini irəli sürüblər.
“”Vaqner”in Suriyadan geri çəkilməsi İran üçün regionda daimi və sərfəli mövcudluq perspektivini açır. İran Suriyanın mərkəzi səhrasının ərazisindən Levant vasitəsilə öz etibarlı tərəflərini silah və hərbi texnika ilə təmin etmək üçün istifadə edir”, – ekspertlər vurğulayıblar.
Xatırladaq ki, Suriyada “Vaqner” özəl hərbi şirkətinin silahlıları saxlanılır.
www.yenicag.az