ABŞ dövlət katibi Con Kerri və Rusiya XİN rəhbəri Sergey Lavrov arasında telefon danışığı keçirilib.
Yenicag.az-ın “APA”-yə istinadən verdiyi xəbərə görə, tərəflər Rusiyanın Türkiyədəki səfirinin qətlini və Suriyadakı vəziyyəti müzakirə ediblər.
“Dövlət katibi zəng edərək Rusiya səfiri Andrey Karlovun qətli ilə bağlı başsağlığını bildirib. O, qətlin araşdırılması ilə bağlı ABŞ-ın Rusiyaya istənilən yardımını təklif edib”, – deyə məlumatda qeyd olunur.
“Tərəflər həmçinin Suriyadakı vəziyyəti, atəşkəsin əldə olunması, humanitar yardımların vaxtında çatdırılması və siyasi danışıqların bərpası istiqamətində davam etdirilən səyləri müzakirə ediblər”, – deyə məlumatda bildirilir.
Xatırladaq ki, dekabrın 19-da Ankaradakı Müasir İncəsənət Mərkəzində keçirilən “Rusiya türklərin gözü ilə” sərgisində çıxışı zamanı Türkiyənin bu ölkədəki səfiri Andrey Karlov qətlə yetirilib.
Hadisəni törədən şəxsin polis əməkdaşı Mert Altıntaş olduğu məlum olub.
O, təhlükəsizlik əməkdaşları tərəfindən zərərsizləşdirilib.
Yenicag.az
www.yenicag.az