Vaşinqtonda İsrail və Livan səfirləri arasında görüş başa çatdı - YENİLƏNDİ

media-hightechnic-468x90

Vaşinqtonda İsrail və Livanın ilkin danışıqları başladıqdan təxminən iki saat sonra başa çatıb.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə “Axios”un müxbiri Barak Ravid məlumat yayıb.

Qeyd olunub ki, görüş Dövlət Departamentində qurumun rəhbəri Mark Rubionun iştirakı ilə keçirilib./Report/

***19:42

Vaşinqtonda İsrail və Livan arasında ABŞ-ın vasitəçiliyi ilə danışıqlar başlayıb.

Yenicag.az xəbər verir ki, bu, Livan və İsrailin 1993-cü ildən bəri ilk belə təmasıdır.

Vaşinqtondakı danışıqlarda ABŞ tərəfini dövlət katibi Marko Rubio, Dövlət Departamentinin müşaviri Mayk Nidhem və ABŞ-ın Livandakı səfiri Mişel İssa təmsil edir.

İsrail və Livan nümayəndə heyətləri ABŞ-dakı səfirlər – Nada Hammadə-Muavvad və Yehiel Layter səviyyəsində formalaşdırılıb.

Danışıqların başlanğıcında Rubio görüşü ölkələr arasında münaqişənin həlli üçün “tarixi imkan” adlandırıb.

Onun sözlərinə görə, qapalı qapılar arxasında keçiriləcək danışıqlar təxminən altı saat davam edəcək ki, bu da “bütün çətinliklərin həlli üçün kifayət deyil”. Lakin tərəflər irəlilədikcə çərçivəvi əsasların formalaşdırılması mümkündür, – deyə o əlavə edib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05