Vaşinqtonla danışıqlar öncəsi Moskva gedişi: İranın "ikili oyunu" ifşa olunur?

media-hightechnic-468x90

“Abbas Əraqçı danışıqların növbəti mərhələsində tutacağı mövqeyi Putinə çatdırmaq üçün Rusiyadadır”

media-banner_tuq

Bu sözləri Yenicag.az-a açıqlamasında siyasi şərhçi Abutalıb Səmədov bildirib.

Şərhçi İranın xarici işlər naziri Abbas Əraqçının Rusiyaya səfərinin səbəblərini şərh edib:

“Abbas Əraqçının Rusiyaya səfəri öz strateji tərəfdaşı ilə bir daha mövqelərini dəqiqləşdirmək məqsədi daşıyır. Bundan sonra ABŞ-la danışıqlarda İranın tutacağı mövqeyi Rusiyaya çatdırmaqdır.”

Siyasi ekspert qeyd edib ki, Rusiya ABŞ-İran danışıqlarında tərəf ola bilməz:

“Rusiya bu prosesdə hər hansı formada iştirak edə bilməz. Ona görə ki, Rusiya ABŞ-İran münaqişəsində tərəfsiz deyil. Rusiya İranın yanındadır və ona dəstək verərək mövqeyini müdafiə edir. Buna görə də, Rusiyanın danışıqlarda vasitəçi kimi iştirak etməsi qeyri-mümkündür. Atəşkəsə bu görüşün təsiri ola bilməz.”

A. Səmədov ABŞ-İran danışıqlarında hazırkı vəziyyətə də toxunaraq İranı “ikili oynamaqda” günahlandırıb:

“Hamıya aydındır ki, danışıqlar bu formada davam edərsə, heç bir nəticə əldə olunmayacaq və gözlənilmədən atəşkəs pozulacaq. Amerikanın da atəşkəsi uzatmaqda əsas məqsədi İrana gözlənilməz zərbə vurmaqdır ki, strateji obyektlərin ətrafında ‘canlı qalxan’ düzəltməsin və günahsız insanları o obyektlərin ətrafına toplamasın. İran danışıqlarda Amerikanı tez-tez mövqe dəyişdirməkdə günahlandırır, amma İranın özü də mövqeyini tez-tez dəyişdirən tərəf kimi görünür.

İran hər dəfə müxtəlif təkliflər irəli sürür; bəzən 10 maddədən ibarət, bəzən 3 mərhələli planla, bəzən də ultimativ tələblər irəli sürür. Bütün bunlar danışıqlarda ortaq məxrəcə gəlməyi mümkünsüz edir. Trampın açıqlamasına görə, İranın son təklifi müəyyən qədər irəliyə doğru addım hesab edilə bilər, amma Trampı qane edən təklifi müzakirəyə çıxartmaq hələ də mümkün olmayıb. İranın son 3 mərhələli təklifi isə Amerikanın əsla qəbul etməyəcəyi təklifdir.

Ona görə ki, bütün şərtləri eyni vaxtda müzakirə edib müəyyən güzəştlərə nail olaraq razılaşma əldə etmək istəyir. İran isə bu güzəştlərə getmək istəmir. Hər bir halda, əvvəlki dövrə nisbətən İranın mövqeyində yumşaqlıq hiss olunmaqdadır. Hörmüz boğazının blokadaya alınması İran iqtisadiyyatına ciddi təsir göstərib və hiss edilir ki, İran da bu iqtisadi çətinliklərlə hesablaşmaq məcburiyyətində olduğunu anlayır.”

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05