Vens İranla danışıqlarda irəliləyiş olduğunu açıqladı
ABŞ Vitse-prezidenti Cey Di Vens hərbi əməliyyatların dayandırılması üçün İranla aparılan danışıqlarda irəliləyiş əldə olunduğuna inandığını bildirib.
Yenicag.az “Reuters”a istinadən xəbər verir ki, Vens bu açıqlamanı prezident Donald Trampın Tehranın son təklifini “qəbuledilməz” adlandıraraq rədd etməsindən sonra verib.
“Mən elə hesab edirəm ki, biz irəliləyiş əldə edirik. Əsas sual budur ki, biz prezidentin “qırmızı xətt”ini təmin edəcək qədər irəliləyişə nail ola bilirikmi?” – deyə Vens Ağ Evdə jurnalistlərə bildirib.
“Və bu qırmızı xətt çox sadədir. O, əmin olmalıdır ki, biz İranın heç vaxt nüvə silahına sahib ola bilməyəcəyi şəkildə bir sıra müdafiə tədbirləri tətbiq etmişik”, – ABŞ Vitse prezidenti deyib.












