!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Vergilər Nazirliyindəki “mahmudov”çu qrup kameralara yaxalandı – ŞOK FAKTLAR

!Reklam – Yazi

sdsfsff7Vidadi Məmmədovun Vergilər Nazirliyindəki adamı Nəriman Məcidov harada kameralara yaxalandı?

Mahmudovçu üçlüyün “qarşılıqlı əlaqələr” soyğunu ilə dövlətdən gizlətdiyi milyonlar barədə şok faktlar

Keçmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq başçısı Eldar Mahmudovla əlaqəli olduğu üçün işdən azad edilən Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin rəisi Vidadi Məmmədovla bağlı yeni xəbər var. Aldığımız məlumata görə, bir neçə gün öncə hüquq-mühafizə orqanı əməkdaşları V.Məmmədovun evlərində axtarış əməliyyatı keçirilib. Məlumata görə, V.Məmmədovun evindən külli miqdarda sərvət, o cümlədən nazirliyə aid sənədlər aşkar edilərək, müsadirə olunub. Vidadi Məmmədovun yaxın günlərdə həbs olunacağı ehtimal olunur. Qeyd edək ki, Vidadi Məmmədov ilə Eldar Mahmudov uzun illər “obxss”də bir yerdə işləyiblər. Eldar Mahmudov nazir olanda öz kadrlarını müxtəlif strukturlara yerləşdirməyə başlayıb. 2007-ci ildə Vidadi Məmmədov Vergilər Nazirliyinə gəlib və 2012-ci ildə Eldar Mahmudovun əli ilə general rütbəsi alıb.

Hələ bir müddət öncə mətbuatda yayılan xəbərlərdə bildirilirdi ki, “V. Məmmədovun iş adamlarını öz otağına çağıraraq istədiyi rüşvəti ala bilmədiyinə görə qandallatdıra da bilməsi Vergilər Nazirliyinin rəhbərliyi tərəfindən dəfələrlə narahatlıqda qarşılanıb və ona özünü yığışdırması haqda göstərişlər verilsə də, nədənsə vergi generalının “qoruyucu mələyi” Eldar Mahmudov araya girərək onu hər dəfə xilas edə bilib”.

ramin2Elə Azərbaycan Prezidentinin “Sahibkarları boğurlar, soyurlar, incidirlər. Bu, dözülməz haldır. Bax, 30 minə yaxın iş yeri bağlanıb, 67 min daimi iş yeri yaradılıb, 30 mini bağlanıb. Mənə məlumat verilsin ki, o iş yerləri hansı səbəblər üzündən bağlanıb. O müəssisələrin rəhbərlərini dəvət etmək, soruşmaq lazımdır. Buna son qoyulmalıdır” sözləri də birbaşa V.Məmmədov və onun kimilərə ünvanlanıb və yalnız bundan sonra nazir bu şəxsi vəzifədən uzaqlaşdıra bilib. Ancaq konkret faktlar olmasına baxmayaraq, Fazil Məmmədov onun həbsinə nail ola bilmir. Araşdırmalar göstərir ki, V.Məmmədovun həbs olunmasının qarşısında çox ciddi maneələr var. Qeyd olunur ki, V.Məmmədov bu gün də Vergi cinayətlərinin ibtidai araşdırılması departamentini öz nəzarətində saxlayır. Yeni təyin olunanlar isə ya bundan xəbərsizdirlər, ya da köhnə “qurdlar”ın qarşısında çarəsiz. Aldığımız məlumata görə, bu gün V.Məmmədovun nazirlik içərisindəki hazırki dəstəsinə Nəriman Məcidov rəhbərlik edir. Belə ki, V.Məmmədovun “sağ əli” sayılan Elmir Şirinovun da sərəncama göndərilməsindən sonra nazirlikdə onları təmsil edən Vergi cinayətlərinin ibtidai araşdırılması departamentinin şöbə müdiri vəzifəsində olan Nəriman Məcidov qalıb. Mühim işlər üzrə böyük müstəntiq olaraq Nəriman Məcidov V.Məmmədova ən çox pul qazandıran şəxs hesab olunur. Onlar həmişə “Qarşılıqlı əlaqələr” sistemiylə çalışıblar.

karanlik_adam_soru_isareti_kim

“Qarşılıqlı əlaqələr” nədir? Vergilər Nazirliyindəki mənbə bildirir ki, bu Vidadi Məmmədovun “kəşf”idir. Məsələn, A şirkətinin qanunsuz fəaliyyətlə məşğul olması bilinib və şirkət haqqında cinayət işi açılıb. Nəriman Məcidov və digər müstəntiqlər həmin şirkətlə iş görən firmaları da araşdırır və istintaqa cəlb edirmiş. Yəni, istintaqın ana sütununa toxunmadan, hətta qanuni əməkdaşlıq edilən şirkətlər də nazirliyin müvafiq idarəsinə çağırılaraq, onlardan “adınız bu şirkətlə hallanır” hədə-qorxusu ilə pullar tələb olunurmuş. Beləcə, A şirkəti ilə bağlı cinayət işindən ayrı pul alınır, onunla əməkdaşlıq edən şirkətlər isə ayrıca soyulurmuş.

“Qarşılıqlı əlaqələr”dən alınan pullar isə Vidadi Məmmədov-Elmir Şirinov-Nəriman Məcidov üçlüyü arasında bölüşdürülüb. Mənbə qeyd edir ki, Nəriman Məcidov bu gün də Vidadi Məmmədova bağlıdır və nazirlikdə baş verən ən kiçik dəyişiklikləri də ona çatdırır. Məlumata görə, V.Məmmədov işdən azad olunduğu gün nazirlik işçilərinin yaddaş kartları və bilgisayarları yığışdırılsa da, Nəriman Məcidov lazımi məlumatları ələ keçirə bilib və nəzarət zəiflədikdən sonra götürülən bilgilər V.Məmmədova ötürülüb.

Elə həmin dosyelərə görə də, Eldar Mahmudovun Vergilər Nazirliyindəki “Akif Çovdarov”una kimsə toxuna bilmir. Hətta departament rəisinin müavini Vüqar müəllim (soyadını dəqiqləşdirə bilmədik) Nəriman Məcidovun qeyri-qanuni fəaliyyətini araşdırmaq üçün təhkim edilsə də, istintaqçı olmadığından heç bir şəkildə bu oyunları çözə bilmir. Ortaya çıxardıqları faktlara isə N.Məcidovun cavabı “Yuxarılar nə deyib, onu etmişik” olur. O da bildirilir ki, vergilər nazirinin haqqında mətbuata sızdırılan məlumatlarda da bu qrupun rolu böyükdür. Belə ki, özlərinin də iştirak etdikləri cinayətləri qəsdən nazirlə əlaqələndirərək mətbuata ötürərək, “yuxarılar”ı şantaj edirlər.

Nəriman Məcidovun həm Elmir Şirinov, həm də Vidadi Məmmədovla münasibətlərini öyrənmək üçün “İçəri Şəhər” metrosu yaxınlığında yerləşən “Monolit” binasının müşahidə kameralarını izləmələri kifayətdir. /Azadliq.info

Mövzuya qayıdacağıq.

COP29

www.yenicag.az

818
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv