“Vətən Bağı” İB-nin sədri “Yeni Çağ” Media Qrupunu təbrik etdi

media-hightechnic-468x90

“Vətən Bağı” Sosial Təşəbbüslər İctimai Birliyinin sədri Emin Tarverdiyev “Yeni Çağ” Media Qrupunun 15 illik yubileyi münasibətili Media Qrupun Baş direktoru Aqil Ələsgərə təbrik məktubu göndərib.

Yenicag.az xəbər verir ki, təbrikdə deyilir:

“Hörmətli Aqil bəy!

Ölkə gündəmində baş verən hadisələrin yerində, qərəzsiz və operativ şəkildə xalqa çatdırılması bütün media qurumlarının başlıca fəaliyyət prinsipi olmalıdır. Bu prinsipi özünün qiymət kriteriyası olaraq müəyyən edən “Yeni Çağ” Media Qrupu çox qürurverici haldır ki, artıq 15 yaşını qeyd etməyə hazırlaşır.

“Vətən bağı” Sosial Təşəbbüslər İctimai Birliyi fəaliyyətinə başladığı gündən başlıca dəstəkçilərimizdən biri məhz rəhbərlik etdiyiniz müstəqil media qurumudur. Bu dəstəyinizin bizim üçün önəm və əhəmiyyətini xüsusilə vurğulamağı özümüzə borc bilirik.

Hörmətli, Aqil Bəy!

15 yaşı münasibətilə “Yeni Çağ” Media Qrupunu təbrik edir, Sizə və komandanıza bundan sonrakı fəaliyyətinizdə uğur diləyirik”.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 12.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa