Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Vətən müharibəsi şəhidi Rəhman İsmayılovun doğum günü qeyd olundu - FOTOLAR

Daha bir ağstafalı Vətən müharibəsi şəhidimiz Rəhman İsmayılovun şəhidlik zirvəsində ilk doğum günü qeyd olunub

Yenicag.az xəbər verir ki, Ağstafanın Muğanlı kəndindən olan daha bir Vətən müharibəsi şəhidimiz İsmayılov Rəhman Mehti oğlunun da şəhidlik zirvəsində ilk doğum günü qeyd olunub.

Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov rayonun bir sıra rəhbər şəxsləri ilə birlikdə şəhidimizin doğma evində ailəsini ziyarət edib. Qeyd olunub ki, ərazi bütövlüyümüz uğrunda gedən şiddətli döyüşlər zamanı Rəhmanın vətənə, torpağa olan sevgisi onun 44 günlük Vətən müharibəsinə könüllü olaraq qatılmasına sövq edib. O, 19 oktyabr 2020-ci il tarixində Qubadlı istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

R.İsmayılov Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunub.

www.yenicag.az

169
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100