Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Vətən müharibəsi şəhidimiz Rusif Quliyevin xatirəsi yad edildi

Yenigün kəndindən olan Vətən müharibəsi şəhidimiz Rusif Asim oğlu Quliyevin şəhadətə ucalmasının birinci ildönümü qeyd olunub. Həmçinin 2020-ci ilin iyul ayında baş verən Tovuz döyüşlərində sücaət göstərən Rusifin vətən, torpaq naminə göstərdiyi qəhrəmanlıq nümunəsindən geniş söz açılıb.

09.09.1989-cu il Yenigün kəndində dünyaya göz açan Rusif hər zaman vətənpərvərliyi və mərdliyi ilə seçilib. O, Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi ötən il sentyabrın 27-dən işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda başlanan Vətən müharibəsində iştirak edib. Hər bir azərbaycanlı üçün müqəddəs olan Şuşa şəhərinin azadlığı uğrunda gedən amansız döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıb. Ailəli olan şəhidimizin özündən sonra bir qız övladı yadigar qaldı. “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunan vətən oğlu Ağstafa rayon Şəhidlər Xiyabanında dəfn olunub. Həmçinin hərbi xidməti zamanında “Hərbi xidmətlərə görə” medalı və “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medallarına da layiq görülüb.

www.yenicag.az

195
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100