“Otuz illik işğal dövründə Azərbaycan xalqı humanitar fəlakətlə üzləşmişdir, bir milyon soydaşımız evsiz-eşiksiz qalmışdır. Bu fakt Azərbaycanın inkişafı üçün böyük əngəllər törədirdi”.
Yenicag.az Azərtac-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Sridharan Madhusudhananın etimadnaməsini qəbul edərkən söyləyib.
Dövlətimizin başçısı qeyd edib ki, indi – torpaqlarımızın işğaldan azad edildiyi bir dövrdə ölkəmiz bütün sahələrdə böyük potensiala malikdir.
İşğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işlərinin həyata keçirildiyini vurğulayan Prezident bildirib ki, Vətən müharibəsində əldə olunan Qələbədən sonra Azərbaycan xalqı qürur hissi ilə yaşayır və bu, özünü bütün sahələrdə göstərir.Prezident: “Vətən müharibəsində Qələbədən sonra Azərbaycan xalqı qürur hissi ilə yaşayır”
www.yenicag.az