Vətən müharibəsində yaralanan hərbi qulluqçumuz şəhid oldu

media-hightechnic-468x90

Azərbaycan Ordusunun Vətən müharibəsində yaralanmış müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAXE) şəhid olub.

Yenicag.az xəbər verir ki, Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kənd sakini, 1997-ci il təvəllüdlü, MAXE Əliyev Azər Dilafət oğlu oktyabr ayının 15-i Xocavənd istiqamətində gedən döyüşlərdə başından ağır yaralanıb.

O, yanvarın 28-də müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

A.Əliyev bu gün Yuxarı Qiyaməddinli kəndində dəfn edilib.

Şəhidimiz ailəli idi, bir azyaşlı övladı var.

Allah rəhmət eləsin!/Report/

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600