“Hizbullah” Livan və İsrail arasında atəşkəs sazişini rədd edib
“Hizbullah” hərəkatı ABŞ-nin də dəstəklədiyi Livan-İsrail atəşkəs sazişini rədd edib.
Yenicag.az “Report”-a istinadən xəbər verir ki, bu barədə “Hizbullah” məlumat yayıb.
Hərəkatın rəhbərliyi Livan Prezidenti Jozef Aunu əldə edilmiş razılaşmaları qəbul etmədiyi ilə bağlı rəsmi şəkildə məlumatlandırıb.
“Hizbullah” bəyan edib ki, istənilən məqbul saziş İsrail qoşunlarının Livanın bütün ərazisindən tam çıxarılmasını nəzərdə tutmalıdır. Bundan başqa, köçkünlərin geri qaytarılması, zərər çəkmiş ərazilərin bərpası və livanlı məhbusların azad edilməsi mütləq yerinə yetirilməli olan şərtlərdir.












