İsrailin İrana endirdiyi aviazərbələrdə yaralananların sayı açıqlandı

media-hightechnic-468x90

İsrailin İrana endirdiyi aviazərbələr nəticəsində azı 15 nəfər yaralanıb.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə Təcili Tibbi Yardım Təşkilatının rəhbəri Cəfər Miadfər məlumat yayıb.

“Bir nəfər hələ də xəstəxanadadır, 14 yaralı isə tibbi yardım göstərildikdən və lazımi prosedurlar yerinə yetirildikdən sonra evə buraxılıb”, – o deyib.

Miadfərin sözlərinə görə, 14 nəfər Xuzistan əyalətində, 1 nəfər isə Tehranda olub.

İyunun 7-si axşam saatlarında İran İsrailin Livandakı hərəkətlərinə cavab olaraq bu ölkənin şimal bölgələrinə raket zərbələri endirib. Tehran daha əvvəl xəbərdarlıq etmişdi ki, Livanın paytaxtına hücum olunacağı təqdirdə, İsrailə zərbə vuracaq. İyunun 8-nə keçən gecə İsrail İrana cavab zərbəsi endirib və hədəfin ölkənin qərb və mərkəzi rayonlarındakı hərbi obyektlər olduğunu bildirib. Hücum nəticəsində Xuzistan əyalətindəki neft-kimya müəssisəsinin ərazisindəki obyektlərə ziyan dəyib. Səhər saatlarında İslam Respublikası İsrailin hücumuna cavab olaraq onun ərazisini yenidən atəşə tutub.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05