Pakistan Baş naziri: ABŞ və İran razılaşmaya əvvəlkindən daha yaxındır, sülh sazişi 24 saat ərzində imzalana bilər
Yenicag.az xəbər verir ki, bu barədə Pakistan Baş naziri Şahbaz Şərif “X” hesabında yazıb
Şahbaz Şərif danışıqlar zamanı davamlı öhdəlik nümayiş etdirdiklərinə ABŞ və İrana təşəkkür edib, eyni zamanda bölgədəki qardaş ölkələrə göstərdikləri dəstəyə görə səmimi minnətdarlığını ifadə edib.
“Əminik ki, bu tarixi saziş uzunmüddətli və davamlı sülh üçün möhkəm təməl yaradacaq”, – o vurğulayıb./APA/













