!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Vətən müharibəsindən sonra görülən işlər: "İşğaldan azad olunan ərazilərdə həyata keçirilən layihələr..." - TƏHLİL

!Reklam – Yazi

44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın əldə etdiyi şanlı zəfər Cənubi Qafqaz regionunda yeni reallıqlar meydana çıxardı.

Ermənistan Azərbaycan ərazilərini işğal altında saxladığı 30 ilə yaxın vaxt ərzində torpaqlarımızda tarixi abidələrimizi, mədəni irsimizi məhv edib. Azərbaycan dövləti daim Ermənistanın ölkəmizə qarşı törətdiyi cinayətlərin beynəlxalq müstəvidə ictimailəşdirməsi istiqamətində ğişlər görüb. Azərbaycan xalqının tarixi, mədəni irsini qəsdən məhv etməyə çalışan Ermənistan işğal altında saxladığı ərazilərimizdə çoxsaylı hərbi cinayətlər törətməklə yanaşı, təbiətə, ekologiyaya da ziyan verib.

Nəticə etibarilə meşə zolaqları məhv edilib, dünya florasında nadir sayıla biləcək qiymətli ağaclar qırılaraq tikinti materialı kimi ixrac olunub. Əlavə olaraq əkinə yararlı münbit torpaqlar yararsız hala salınıb. Və bu addımlar hər biri məqsədli şəkildə atılıb. Çünki onlar bir gün Azərbaycanın işğala son qoyacağını, dədə-baba yurdlarına qayıdacağını bilirdilər.

Ermənilər 30 illik işğal dövründə Azərbaycanın 70-ə yaxın məscidini məhv edərək islami dəyərlərə qarşı hörmətsizlik nümayiş etdirib. Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlər haqqında dövlətimiz tərəfindən müvafiq beynəlxalq təşkilatlar məlumatlandırılıb. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Ermənistanı məğlub etməsindən sonra ermənilərin torpaqlarımızda hansı vəhşiliklər törətdiyini canlı şəkildə müşahidə edə bildik. Prezident İlham Əliyev beynəlxalq platformalarda çıxışları zamanı hər dəfə Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayət aktları haqqında ətraflı məlumatlar verib.
Ərazilərimiz erməni işğalından azad edildikdən sonra dövlətimizin gələcək üçün əsas planları və məqsədləri dağıdılmış infrastrukturun, pozulmuş ekologiyanın bərpası, öz dədə-baba yurdlarından köçkün düşən vətəndaşların vətənə qayıtması üçün yaşayış məntəqələrinin məskunlaşmaya hazır vəziyyətə gətirilməsidir. Dövlətimiz bu məsələni özünün əsas prioritetlərindən birinə çevirib. Hazırda yaxın perspektiv üçün nəzərdə tutulan Qarabağın bərpa işləri planlı şəkildə həyata keçirilir.
Dövlətimiz düşmən erməni tərəfindən yararsız hala salınan, minalarla çirkləndirilən, ekologiyası pozulan Qarabağın bərpası üçün zəruri maliyyəni vaxtlı-vaxtında ayırır. Qarabağda tikinti-quruculuq işlərinin aparılmasına 2021-2022-ci illərdə 2,2 milyard manat vəsait ayrılıb. Əlavə olaraq isə 2023-cü ildə həmin təyinat üzrə dövlətimiz 5.6 milyard manat vəsait ayırıb.

İşğaldan azad olunan Qarabağımızın bərpası üçün həyata keçirilən layihələr böyük miqyaslı xarakter daşıyır. Vətən müharibəsində qazandığımız qələbənin üzərindən heç bir il keçmədi ki, Füzuli Beynəlxalq Hava Limanı istifadəyə verildi. Bu isə dövlətimizin Qarabağda gördüyü bərpa-quruculuq işlərinin sürəti barəsində bizlərdə aydın təsəvvür yarada biləcək faktlardan biridir.

Dövlətimizin sürətli şəkildə və yüksək keyfiyyətlə həyata keçirdiyi, Qarabağın bərpası üçün böyük miqyaslı layihələrin yalnız və yalnız bir məqsədi var. Vaxtilə erməni işğalı dövründə öz dədə-baba yurdlarından, vətənlərindən didərgin düşən məcburi köçkünlərin geri dönərkən dünya standartlarına cavab verən, qabaqcıl texnologialarla təchiz olunan şəhər və kəndlərində yaxşı həyat şərtləri ilə təmin olunmalarıdır. Bu addım Azərbaycan dövlətinin öz vətəndaşına verdiyi böyük dəyərin göstəricisidir.

İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” mövzusunda öz fikirlərini səsləndirən siyasi şərhçi Elçin Mirzəbəyli Yenicag.az-a açıqlamasında deyib ki, işğaldan azad edilmiş Azərbaycan ərazilərinə qayıdış dövlətimizin prioritet hesab etdiyi vəzifələrdəndir:

“Bu gün işğaldan azad olunan ərazilərimizdə həyata keçirilən bütün tədbirlərin, görülən bütün işlərin təməlində Qarabağa və Şərqi Zəngəzura həyatın sözün tam mənasında qayıtması dayanır. İşğaldan azad etdiyimiz torpaqlarımıza, Qarabağa, Şərqi Zəngəzura qayıdışla bağlı tam təsəvvürə malik olmaq üçün isə qənaətimə görə, bu ərazilərdə görülən işlərin, həyata keçirilən tədbirlərin miqyasına nəzər salmaq yetərlidir. Həm də nəzərə almaq lazımdır ki, bu ərazilərdə həyata keçirilən layihələrin prioritetlərindən biri və bəlkə də birincisi, bu torpaqlarda azərbaycanlıların əbədiyyətə qədər təhlükəsiz və firavan yaşamalarıdır. Bu baxımdan, həyata keçirilən hər bir layihə özündə bir neçə komponenti birləşdirir. Şübhə etmirəm ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın qəhrəman əsgər və zabitlərinin nümayiş etdirdikləri misilsiz rəşadət dünyanın hərb tarixinə qızıl hərflərlə yazıldığı kimi, işğaldan azad etdiyimiz ərazilərimizdə görülən işlər də özünün universallığı baxımından nümunəyə çevriləcək”.

Nəsimi Ələsgərli

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” mövzusunda hazırlanmışdır.

COP29

www.yenicag.az

404
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv