!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Vətən müharibəsinə həsr olunmuş tədbir keçirilib - "44 GÜNLÜK DASTAN" / FOTO

!Reklam – Yazi

Sübhnur Tədris Mərkəzinin təşkilatçılığı ilə Vətən müharibəsinin birinci ildönümünə həsr olunmuş “44 günlük dastan” adlı tədbir keçirilib.

Yenicag.az xəbər verir ki, noyabrın 6-sı Qafqaz Business Mərkəzində baş tutan tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib. Daha sonra ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olan qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə ilk olaraq aparıcı qismində Sübhnur Tədris Mərkəzinin rəhbəri Gülnarə Hüseynova və jurnalist Sevinc Rəcəbova çıxış ediblər. Daha sonra Azərbaycan Respublikası Milli Məclisinin Deputatı Könül Nurullayeva, AMEA-nın filologiya üzrə fəlsəfə doktoru Əpoş Vəliyev, Peşəyönümlü Təhsilin inkişafına dəstək İctimai Birliyinin sədri İradə Əlili, Ombudsman əməkdaşı, Yazıçılar  Birliyinin üzvü Azadə Novruzova  44 günlük Vətən Müharibəsi haqqında danışıblar.

Qonaqlar arasında Gənclər Fondunun vitse prezidenti Salman Əliyev, Ailə-uşaq psixoloqu, Azərbaycan Dövlət İqtisad Universiteti UNEC Dizayn məktəbinin yaradıcılıq dərnəyinin rəhbəri, həmçinin ictimai xadim, qazi və şəhid ailələri iştirak edib.

Tədbirdə iştirak edən qazi Ülvi Qədir və silahdaşları vətən müharibəsi ilə bağlı xatirələrini qonaqlarla bölüşüblər.

Daha sonra tədbirdə Prezident İlham Əliyevin zəfər çıxışlarından ibarət video-çarx təqdim olunub.  Sübhnur Tədris Mərkəzinin şagirdləri və Aysu Türkel tərəfindən “Zəfər” şeiri səsləndirilib. Tədbirin davamında isə “Xarıbülbül”, “Qarabağ”qrupunun rəhbəri Asim Pirimov və xanəndələrin ifasında “Azərbaycan” , “Xudayar Təsnifi”  musiqiləri təqdim edilib.

Tədbirin sonunda Vətən müharibəsinin qaziləri və şəhid ailələri səhnəyə dəvət edilərək, onlara kitablar və təşəkkürnamə təqdim edilib.

Qeyd edək ki, Vətən müharibəsinin birinci ildönümünə həsr olunmuş “44 günlük dastan” adlı tədbir Empa Tv,  Nan EDU Centre Mərkəzi, Qədim Qala, LİBRA Kitab nəşriyyatı ,”MKT İK” MMC şirkəti, Azimut Şirkətinin təşkilatı dəstəyi ilə baş tutub.

 

 

www.yenicag.az

599
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv