Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

Vətəndaş məmnunluğu və “Qara siyahı”ya düşən nazirliklər – Adlar açıqlandı - VİDEO

Reklam: High Technic

10:26

Fəaliyyətində şəffaflığı lazımi səviyyədə təmin etməyən dövlət qurumlarının siyahısı dərc olunub.

Azərbaycan Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov rəsmi mətbuatda dərc olunan “Prezident İlham Əliyevin vətəndaş

müraciətlərinə münasibəti bütün məmurlara örnəkdir” başlıqlı məqaləsində vətəndaşların qəbulunu düzgün təşkil etməyən dövlət qurumlarının adlarını açıqlayıb.

Süleyman İsmayılovun həmin məqaləsində vətəndaşların qəbulu və fəaliyyətində şəffaflığı təmin edən və etməyən dövlət qurumları aşağıdakı kimi qruplaşdırılıb:

“Məlumatlarda qəbulun təşkilini həyata keçirən səlahiyyətli şəxslərin əlaqə nömrələri əks olunub və qəbul otaqlarında müvafiq şərait yaradılıb.

Bunlardan İqtisadiyyat, Maliyyə, Fövqəladə Hallar, Mədəniyyət, Gənclər və İdman, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Naftalan, Şirvan, Balakən, Biləsuvar, Cəlilabad, Daşkəsən, Xocavənd, İsmayıllı, Qax, Qazax, Qəbələ, Oğuz, Sabirabad, Samux, Siyəzən, Yardımlı, Zaqatala, digər şəhər və rayon icra hakimiyyətlərini və başqa qurumları göstərmək olar.

Bununla yanaşı, bəzi dövlət qurumlarında yuxarıda göstərilən tələblərə tam əməl olunmur, qəbulun təşkilində müəyyən nöqsanlara yol verilir.

Buna misal olaraq, Xarici İşlər, Energetika nazirlikləri, “Bakı Metropoliteni” QSC, Milli Arxiv, “İçərişəhər” Tarix-Memarlıq Qoruğu idarələri, Bakı və Şirvan Apellyasiya Məhkəmələri, Ərazilərin Bərpası və Yenidən Qurulması, Beynəlxalq Bank, Auditorlar Palatası, Bakı şəhərinin Xətai, Səbail rayonlarının, Ağdam, Astara, Göyçay, Kəlbəcər, Şabran, Ucar, Zəngilan, digər şəhər və rayon icra hakimiyyətləri və başqa qurumlar göstərilə bilər.

Dövlət hakimiyyəti orqanlarının saytlarının monitorinqi göstərir ki, bəzi yerli icra hakimiyyətlərinin saytlarında qəbul cədvəlləri mütəmadi yenilənmir, yaxud məlumatlar dəqiq göstərilmir. Məsələn, Xəzər, Sabunçu, Göyçay, Qobustan, Qubadlı, Saatlı, Salyan, Ucar, digər şəhər və rayon icra hakimiyyətlərini belələrinə misal göstərmək olar”.

A.Zeynalov

www.yenicag.az

3142
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS
REKLAM: KRISTAL ABŞERON
MARGIN-BOTTOM