AYNA-nın “görmədiyi” OBYEKT: Piyadaların yolu belə ZƏBT EDİLDİ – VİDEO
Bakının mərkəzi küçələrindən birində yeni açılan ticarət obyektinin piyadaların hərəkət zolağını zəbt etməsi ictimai narazılığa səbəb olub.
Yenicag.az xəbər verir ki, paytaxtın Nərimanov rayonunun Fətəli xan Xoyski və Əhməd Rəcəbli küçələrinin kəsişməsində, yolun piyadalar üçün nəzərdə tutulmuş hissəsinə yeni obyekt quraşdırılıb.
Belə ki, obyektin quraşdırılmasından sonra sosial şəbəkələrdə yayılan görüntülər geniş müzakirələrə yol açıb və ciddi ictimai qınaq doğurub.
Qeyd edək ki, obyektin Bakı Şəhər İcra Hakimiyyətindən və ya Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) icazə alıb-almadığı ilə bağlı aidiyyəti qurumlar heç bir açıqlama verməyib.
Həmin görüntüləri təqdim edirik:
Yenicag.az