Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

Vətəndaş müharibəsi başa çatdı - 52 il sonra

Kolumbiyada 52 illik müharibə başa çatıb.

Yenicag.az xarici KİV-lərə istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) himayəsi altında Kolumbiya İnqilabçı Silahlı Qüvvələrinin (FARC) 8 mindən çox silahını yüklədiyi son yük maşının da yola çıxmasıyla Pondoresdə mərasim keçirilib.

Kolumbiya Prezidenti Juan Manuel Santos, mərasimdə etdiyi çıxışında, FARC-ın son silahlarını təslim etməsi ilə 52 il davam edən müharibənin sona çatdığını bildirib. Santos, “Bu gün müharibənin son nəfəsini duyduq” deyib.

BMT Kolumbiya missiya rəhbəri Jean Arnault, müharibənin qurtarması ilə ölkənin yeni bir gələcəyə addım atdığını bildirib.

Sülh müqaviləsi, 4 noyabr 2016-cı ildə prezident Juan Manuel Santos ilə FARC lideri Rodrigo Londono tərəfindən imzalanıb.

Qeyd edək ki, əhalisi 48 milyonu keçən Latın Amerika ölkəsi Kolumbiyada yarım əsrdən artıq davam edən vətəndaş müharibəsi, 260 minə yaxın insanın həyatını itirməsinə və 6 milyondan çox əhalinin köç etməsinə səbəb olmuşdu.

Yenicag.az

www.yenicag.az

203