Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Vətəndaşlar üçün ciddi məşğulluq portalı yaradılacaq - Nazir

“Azərbaycan vətəndaşları üçün ciddi məşğulluq portalı yaradılacaq”.

Yenicag.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev AzTv-nin “Günün nəbzi” verilişində deyib.

O, bildirib ki, məşğulluq portalının yaradılması bu sahədə şəffaflığı tam şəkildə təmin edəcək: “Məşğulluq portalında Azərbaycanda olan bütün vakansiyalar barədə məlumat olacaq. Eyni zamanda qeydiyyatdan keçmiş bütün işsizlər və işaxtaranlar haqqında məlumat yerləşdiriləcək. İstənilən işəgötürən və işsiz hətta məşğulluq mərkəzinə gəlmədən bu portala daxil olaraq, öz reakividasiyası haqqında məlumatı daxil etməklə, mövcud bütün vakansiyalar haqqında məlumat ala biləcək, hətta birbaşa ora müraciət də edə biləcək. Orada tələblər, maaş, iş yerinin ünvanı, iş saat, yəni bütün tələblər əks olunacaq”.

S.Babayev deyib ki, portal işəgötürənlər üçün də rahatlıq yaradacaq. Nazirin sözlərinə görə, Azərbaycanda iki yüz min işsiz və işaxtaran var: “Onların məlumatlarını məlumat bazasına daxil edilməsi, eyni zamanda açılan vakansiyalar barədə məlumatların daxil edilməsi bir qədər vaxt apara bilər. Amma portalın maksimum bir il ərzində yaradılması nəzərdə tutulur”.

S.Babayev qeyd edib ki, nazirliyə daxil olan şikayətlərin bəziləri bu sahədə qeyri-obyektiviyin olması ilə bağlıdır: “Bu kimi narazılıqların, şikayətlərin kökünü birdəfəlik kəsmək üçün bu portal çox faydalı olacaq”.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin sözlərinə görə, məşğulluq mərkəzləri öz yerində qalacaq: “Bizim böyük kateqoriya vətəndaşımız heç də internet sahəsində aktiv deyil. Onlar köhnə qayda ilə mərkəzlərə müraciət edə biləcəklər”.

www.yenicag.az

4262
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100