Vətənpərvər şagird seçildi – FOTOLAR

media-hightechnic-468x90

11401536_781409651958014_7756543208054429523_nAzərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Uşaq və Yeniyetmələrə Dəstək” İctimai Birliyinin “Qardaş regionların vətənpərvər şagirdlərinin dünya azərbaycanlılarına töhfəsi” layihəsi uğurla başa çatmışdır. Layihə çərçivəsində Lerik, Zaqatala və Qusar rayon məktəblərinin iştirakı ilə ümumilikdə 45-dən artıq təlim keçirilmiş, rayon gənclərinə 1000 ədəd maarifləndirici buklet paylanmışdır. 270-dən çox məktəbliyə keçirilən təlimlərdən sonra “Vətənim Azərbaycan” adlı facebook səhifəsi məktəblilərin istifadəsinə verilmişdir və məktəblilər arasında müsabiqə elan olunmuşdur. Müsabiqə çərçivəsində məktəblilər Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyət abidələri, milli mətbəxi, tanınmış şəxsiyyətlərini özündə əks etdirən məlumatlar paylaşaraq qaliblik uğrunda mübarizə aparmışlar. Ən fəal və faydalı paylaşımlarına görə müsabiqənin qalibi Həmzəyev Adil Kamil oğlu, layihənin qalibi isə Zaqatala rayonu olmuşdur. Qalibi mükafatlandırmaq məqsədi ilə Zaqatala rayonu Aşağı Tala kənd 1 saylı tam orta məktəbində təntənəli “Mükafatladırma” tədbiri keçirilmişdir.

Layihənin qalibi Adil Həmzəyev həyatında ən böyük uğuru əldə etdiyini və həyatının ən xoşbəxt gününü yaşadığını vurğulayıb. Rayon rəhbərliyi və müvafiq icra orqanlarının rəhbərlikləri adından Azərbaycan Gənclər Fonduna və “Uşaq və Yeniyetmələrə Dəstək” İctimai Birliyinə təşəkkürlər səsləndirilib. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbinə sənədlərini təqdim edən layihənin qalibi Adil Həmzəyevin şərəfinə tədbirdə “Əsgər marşı” səsləndirilib.

Qeyd edək ki, Zaqatala rayonunu qalib edən Adil Həmzəyev 1994-cü ildə Füzuli rayonunun yuxarı Abdurahmanlı kəndində gedən döyüşlərdə şəhid olmuş əmisi 1974-cü il təvəllüdlü Həmzəyev Adil Didiy oğlunun adını şərəflə daşıyır. Azərbaycan Gənclər Fondun maliyyə dəstəyi ilə “Yeniyetmə və gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsi” istiqamətində keçirilən layihə Adil Həmzəyevə şəhid olan əmisinin xatirəsini bir daha yad etdirməsinə, həmçinin bu cür vətənpərvər gəncin üzə çıxarılmasına imkan yaratdı.

Samir ASLAN

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600