"Vətənpərvərliyi də ödənişsiz təbliğ edə bilmirik" - Millət vəkilindən Qənimətlər Parkı ilə bağlı NARAZILIQ
Yenicag.az xəbər verir ki, bu barədə narazılığını millət vəkili Fazil Mustafa öz “Facebook” hesabında yazıb.
Millət vəkili məktəblilərdə müharibə haqqında təsəvvürlərin formalaşması üçün şərait yaradılmasının vacibliyini vurğulayıb.
“Məktəbliləri Qənimət Parkına aparırlar. Uşağın hər birinə iki manat ödənişdir. Uşaqdan da pul almağı qənimət bilirlər. Halbuki uşaqlara şərait yaratmaq lazımdır ki, gəlib rahatlıqla ziyarət etsinlər və müharibə haqqında təsəvvürləri formalaşsın. Vətənpərvərliyi də ödənişsiz şəkildə təbliğ edə bilmirik”.