!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Vətənpərvərliyi də ödənişsiz təbliğ edə bilmirik" - Millət vəkilindən Qənimətlər Parkı ilə bağlı NARAZILIQ

!Reklam – Yazi
Hərbi Qənimətlər Parkına azyaşlılar üçün giriş ödənişlidir.

Yenicag.az xəbər verir ki, bu barədə narazılığını millət vəkili Fazil Mustafa öz “Facebook” hesabında yazıb.

Millət vəkili  məktəblilərdə müharibə haqqında təsəvvürlərin formalaşması üçün şərait yaradılmasının vacibliyini vurğulayıb.

“Məktəbliləri Qənimət Parkına aparırlar. Uşağın hər birinə iki manat ödənişdir. Uşaqdan da pul almağı qənimət bilirlər. Halbuki uşaqlara şərait yaratmaq lazımdır ki, gəlib rahatlıqla ziyarət etsinlər və müharibə haqqında təsəvvürləri formalaşsın. Vətənpərvərliyi də ödənişsiz şəkildə təbliğ edə bilmirik”.

 

<img class="j1lvzwm4" role="presentation" src="data:;base64, ” width=”18″ height=”18″ />

www.yenicag.az

521
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv