!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Veteranlıq müavinəti ilə bağlı ANLAŞILMAZLIQ - 80 manat kimlərə ödəniləcək? - HƏRBİ EKSPERT

!Reklam – Yazi

“Veteranlıq müavinəti əsgərin döyüş əmri aldığı gündən hesablanmalıdır”.

Bunu veteranlıq statusunun müəyyən edilməsi ilə bağlı məsələyə münasibət bildirən hərbi ekspert Ədalət Verdiyev Yenicag.az-a açıqlamasında deyib.

Ədalət Verdiyev bildirib ki, veteranlıq pulu şəxslərin döyüşə girdiyi gündən hesablanmalıdır:

“Veteranlıq məsələsinə artıq aydınlıq gəldi. Kimin müharibə əlilliyi var 80 manatı deyil, yalnız əlilliyə görə müavinət alacaq. Kimlərki döyüşlərdə iştirak edib, həm də yaralanıblar, ancaq əlillikləri təsdiq olunmayıb onlara 80 manat ödəniləcək.

Əsgər ilk əmri alıb döyüşə daxil olduğu andan veterandır və ödəniş o gündən hesablanmalıdır. Siyahıların gec təsdiq olunması veteranların günahı ucbatından baş verməyib. Bu müəyyən prosedurlara, komissiyaların işlərinə görə gecikib”.

Səxavət Məmməd

www.yenicag.az

2214
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv