Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

“Veysəloğlu” əməkdaşından nümunəvi addım

“Veysəloğlu” Şirkətlər Qrupu İctimaiyyətlə əlaqələr departamentinin əməkdaşı Xəyal Azəroğlu nümunəvi addımı ilə gündəmə gəlib.

Yenicag.az xəbər verir ki, sosial şəbəkədəki hesabından paylaşım edən X.Azəroğlu dünya çempionatı 2014-ün seçmə mərhələsi zamanı Azərbaycan-Rusiya oyununda yığmamızın üzvü Rəşad Sadıqovun geydiyi formanın onda olduğunu bildirib. O, qeyd edib ki, həmin formanı hərrac yolu ilə satmaq istəyir:

“Formanı Rəşad Sadıqov özü şəxsən hədiyyə etmişdi. İndi həmin formanı hərracla çatışa çıxarmaq fikrindəyəm. Ən çox pul verən şəxs formanı əldə edəcək. Daha sonra həmin pulu sizin tövsiyə etdiyiniz, xəstəlikdən əziyyət çəkən uşağın hesab nömrəsinə köçürəcəm və şəffaflıq olsun deyə köçürdüyüm pulun qəbzini burada paylaşacam. Məncə, hər kəs bu cür kampaniya başladaraq, xəstə uşaqlara dəstək ola bilər”.

X.Azəroğlu kampaniyanı #xesteushaqlaradestekolaq hashtagı ilə açıq elan edib. Formaya başlanğıc qiymət 20 AZN qoyulub.
Məlumat üçün bildirək ki, X.Azəroğlunun çalışdığı “Veysəloğlu” Şirkətlər Qrupu müntəzəm olaraq xeyriyyə kampaniyaları keçirir, şirkətin əməkdaşları ildə bir neçə dəfə talassemiyalı uşaqlar üçün qanvermə aksiyasında iştirak edirlər./AFN/

www.yenicag.az

143
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS