!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Vəzifəli şəxs CƏRİMƏLƏNDİ - FOTO

!Reklam – Yazi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Quba rayonunun 2-ci Nügədi kəndi yaxınlığında, Qaraçay yatağında qum-çınqıl karxanası tərəfindən yataqayırma hüdudundan kənarda qanunsuz qazıntı işlərinin aparıldığı aşkar edilib.

ETSN-dən Yenicag.az-a verilən məlumata görə, araşdırma zamanı sözügedən qum-çınqıl karxanasının Bakı şəhər sakini Zərbadam Məmmədovaya məxsus olduğu müəyyən olunub.

Faktla bağlı karxana sahibi Z.Məmmədova barəsində akt və protokol tərtib olunub və o vəzifəli şəxs qismində 3000 manat məbləğində cərimə edilib.

www.yenicag.az

542
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv