!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Vidadi Babanlı “Şərəf” ordeni ilə təltif edildi

Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətlərinə görə Vidadi Yusif oğlu Babanlı “Şərəf” ordeni ilə təltif edilib.

Yenicag.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, V.Babanlı 1927-ci il yanvarın 5-də Qazax rayonunun Şıxlı kəndində müəllim ailəsində doğulub. Burada orta məktəbi bitirdikdən sonra ADU-nun fılologiya fakültəsində təhsil alıb. Bir il Sabirabad şəhər orta məktəbində müəllim işləmiş, sonra Bakıya köçüb “Azərbaycan müəllimi” qəzeti redaksiyasında ədəbi işçi vəzifəsində çalışıb.

Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutuna təhsil almağa göndərilib, orada aspiranturaya daxil olsa da, səhhəti üzündən Bakıya qayıtmalı olub. Burada “Ədəbiyyat qəzeti” redaksiyasında ədəbi işçi, sonra şöbə müdiri işləyib. Yaradıcılıqla əlaqədar Sumqayıt şəhərində fəhlə yataqxanasında tərbiyəçi olub, əsərinə material toplayıb. “Azərbaycan” jurnalı redaksiyasında nəsr şöbəsinə başçılıq etmişdir (1961-1968). C.Cabbarlı adına “Azərbaycanfılm” kinostudiyasının dublyaj şöbəsində baş redaktor əvəzi (1974-1976), “Yazıçı” nəşriyyatında baş redaktor müavini (1978-1981) olub. Hazırda bədii yaradıcılıqla məşğuldur. Onun ilk mətbu əsəri 1947-ci ildə “Azərbaycan gəncləri” qəzetində çıxan “Anam sən oldun” şeiridir. İlk şeirləri “Dönüş”, “Təbrizdə bir gecə” poemaları dövri mətbuatda “Vidadi Şıxlı” təxəllüsü ilə çap olunub. “Gəlin” povesti ilə nəsr yaradıcılığına başlayıb.

1954-cü ildən roman, povest, hekayə, oçerk, publisistik məqalələr, kinossenari yazıb-yaradır. Əsərləri SSRİ və xarici ölkə xalqlarının dillərinə çevrilib. Son illər “Öz evində qonaq” pyesi tamaşaya qoyulub. Şeirləri dövri mətbuatda müntəzəm çap olunur. “Kişilik haqqında himn” şeirlər toplusu “Xəzər” nəşriyyatında kütləvi tirajla buraxılıb. “Dərd məni dilləndirir” publisistik əsərlər toplusu, “Mənim gizlinlərim” (2002-2003) avtobioqrafik romanı, “Ana intiqamı” (1995) povesti rəğbətlə qarşılanıb.

www.yenicag.az

141
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100