Fransanın Ermənistana CAESAR haubitsalarını tədarük etməsi Azərbaycanın haqlı etirazına səbəb olub. Belə ki, Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən verilən bəyanatda Ermənistanın bölgədə yeni gərginlik yaratmaq, sülh və sabitliyə mane olmaq istiqamətində yürütdüyü məkrli siyasətin heç bir nəticə verməyəcəyi bildirilib.