!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

BAMF həyata keçirdiyi müşahidəçilik fəaliyyətinə dair hesabatı təqdim etdi - FOTO / VİDEO

!Reklam – Yazi

Bu gün Beynəlxalq Avrasiya Mətbuat Fondunda (BAMF) fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkilərində fondun təşkil etdiyi müşahidəçilik missiyasının fəaliyyətinə dair hesabatı təqdim olunub.

Yenicag.az xəbər verir ki, bununla əlaqədar təşkil olunan konfransda BAMF-nin prezidenti Umud Mirzəyev müşahidəçilik missiyasının yekun hesabatını açıqlayıb.

Umud Mirzəyevin sözlərinə görə, Fondun 50 nəfərlik müşahidəçi heyətinin 10 nəfəri işğaldan azad olunmuş ərazilərdə – Xankəndi, Şuşa, Füzuli, Xocalı və Ağdərə rayonlarında səsvermənin gedişini izləyib.

O, ötən seçkilərlə müqayisədə bu dəfə seçici fəallığının kifayət qədər yüksək olduğunu xüsusi vurğulayıb.

Konfransda çıxış edən Mətbuat Şurasının sədri Rəşad Məcid də 7 fevral seçkilərinin tarixi əhəmiyyətini önə çəkərək Beynəlxalq Avrasiya Mətbuat Fondunun bu çərçivədə həyata keçirdiyi fəaliyyəti yüksək qiymətləndirib.

“Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov çıxışında növbədənkənar prezident seçkilərini bir neçə aspektdən dəyərləndirib və Beynəlxalq Avrasiya Mətbuat Fondunun müşahidəçiliyin təşkili ilə bağlı fəaliyyətini medianın seçki prosesində nümayiş etdirdiyi aktivliyin göstəricisi adlandırıb.

İsmayıl Bakuvi

www.yenicag.az

1880
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv